Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:50

«Türkiyədən Əliyevin əməllərinə sərt reaksiya»


İki ölkə arasında münasibətlər kəskinləşir
İki ölkə arasında münasibətlər kəskinləşir
Azadlıq:

Türkiyədən Əliyevin əməllərinə sərt reaksiya

«Türkiyənin Ruminiyadan Yəmənə bu bölgənin bir çox yerində Şəhidlikləri var. Amma bayrağın endirildiyi ilk yer Bakı oldu».

Dünən Türkiyə mətbuatı bu mövzuya geniş yer ayırmışdı. Türkiyənin ən nüfuzlu qəzetlərindən olan «Hurriyet» də türk əsgərinin şərəfinə qoyulmuş abidənin ətrafından türk bayraqlarının yığışdırılmasına yer ayırıb.

Egmen Bağış: «Azərbaycan bizi bəzən bilməyərək tək buraxdı, amma biz onları heç tək buraxmadıq».

E.Bağış Azərbaycan hakimiyyətinin son addımlarına və prezident İlham Əliyevin bəyanatlarına sərt reaksiya verib: «Bayraqlarımızın endirilməsinin, azanların kəsilməsinin, məscid qapılarına möhür vurulmasının, rusların Ukraynaya, Gürcüstana etdiyi sayaq qaz təhdidləri yağdırılmasının anlaşılması və Türkiyə ictimaiyyətinə izah olunması mümkün deyil».

Yeni Müsavat:

«İki dövlət bir millət olmağın şərtləri nədirsə onları etməliyik»

Ufuk Sarıoğlu: «Erməni açılımında gəlişmə olacaqsa, bu, vətənə xəyanətdən başqa bir şey deyil».

Tənzilə Rüstəmxanlı: «Azərbaycanın varlığını o türk əsgərinə borcluyuq».

Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə ölkəmizdə olan Almaniya Demokratik Ülküçü Türk Dərnəkləri Federasyonunun sədr müavini Ufuk Sarıoğlu bu gün redaksiyamızda da müsafir oldu. Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan insanında Türkiyədə aparılan siyasətə, türk siyasətçilərinə qırğınlıq, küskünlük var: «Burada prosesləri yaxşı təhlil edirlər, gözəl bilirlər ki, baş verənlər hamısı siyasətdir, xaricdən qaynaqlanır, bilirlər ki, Türkiyə insanları öz qardaşlarını üzməzlər, incitməzlər. Bu, çox sevindiricidir. Qardaşlarımızın hamısının qırğınlığı var, həmçinin bir-birimizə arxa durmağımızın vacibliyini bilirlər. Bunu normal insanlar bilirlər və anlayırlar, qəbul edirlər, amma siyasətçilər belə şeyləri qəbul etmirlər».

Yeni Azərbaycan:

«Bayraqların yığışdırılması qanunun yerinə yetirilməsi tələblərindən irəli gələrək həyata keçirilir»

Əli Həsənov: Bundan sonra Azərbaycan Respublikasında xarici dövlətlərə məxsus bayraqlar yalnız qanunun imkan verdiyi yerlərdə asılacaq.

«Son günlər Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində xarici ölkələrə, o cümlədən Türkiyəyə məxsus bayraqların endirilməsi hər hansı təmir işi və yaxud planlaşdırılan başqa işlə bağlı deyil».

Şöbə müdiri bildirib ki, bayraqların endirilməsi «Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında» Qanunun yerinə yetirilməsi ilə əlaqədardır.

Ə.Həsənov bildirib ki, bu qanunun qəbulundan sonra yerli və mərkəzi icra hakimiyyəti orqanlarına qanunun yerinə yetirilməsi üçün müxtəlif yerlərdə bu tələblərə uyğun olmadan asılmış bayraqların siyahısının hazırlanması barədə tapşırıq verilib.

Bizim yol:

«Alimlərin evi» bu gün sökülür.

Binadakı mənzillərin qaz, su, elektrik təchizatı dayandırılıb.

Yasamal rayonundakı «Alimlərin evi» kimi tanınan binanın ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Bina sakinlərinin kirayə mənzillərə köçürülməsi üçün təyin olunmuş vaxt bitib.

Bundan başqa alimlərdən yaşadıqları mənzilləri təcili boşaltmaları tələb olunub. Sakinlər deyir ki, Mənzil İstismar İdarəsindən onların hər birinə ayrı-ayrılıqda zəng etməklə son xəbərdarlıq edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG