Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:23

Prokurorluq haqda qanun layihəsi müzakirə ediləcək


Oktyabrın 20-də Milli Məclisin növbəti iclası olacaq. İclasın gündəliyinə 16 məsələ daxil edilib. İclasda eyni şəxsin iki dəfədən artıq baş prokuror, hərbi prokuror, Naxçıvan Muxtar Respublikasının prokuroru və Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru təyin edilməsinə tətbiq olunan məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunacaq.

Konstitusiyaya əsasən, baş prokuroru prezident Milli Məclisin razılığı ilə vəzifəyə təyin edir və vəzifədən azad edir. «Prokurorluq haqqında» qanunun 16-cı maddəsinin tələbinə görə baş prokurorun səlahiyyət müddəti 5 ildir. Eyni şəxs iki dəfədən artıq təkrar baş prokuror təyin oluna bilməz.

Deputatlar «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» və «Əmək pensiyaları haqqında», «Daxili qoşunların statusu haqqında» qanunlara əlavə və dəyişikliklər edilməsi məsələsinə, «Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə» yeni qanun layihəsinə də baxacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG