Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:01

Tehran BMT-ni partlayışı pisləməyə çağırır


Rəsmi Tehran tələb edir ki, BMT İranda baş verən partlayışı pisləsin. Oktyabrın 18-də İranın İnqilab Qvardiyası korpusuna hücum olub, 42 nəfər ölüb, onlarla adam yaralanıb.

Ölənlər arasında İnqilabi Qvardiyanın komandanları, tayfa başçıları da var.

İranın BMT-dəki səfiri Məhəmməd Xazai bu tələbini Şuranın hazırkı sədri - Vyetnam nümayəndəsinə təqdim etdiyi məktubda izah edib. Sənəddə deyilir ki, İranın şərqində baş verən partlayışa görə məsuliyyəti yerli sünni qruplaşması «Cundallah» öz üzərinə götürüb.

Bu arada oktyabrın 19-da prezident İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejada partlayışda ölənlərlə bağlı başsağlığı verib.
XS
SM
MD
LG