Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:23

Əfqanıstanda yenidən prezident seçkisi?


Əfqanıstanın Seçki Şikayətləri Komissiyası indiki prezident Kərzainin prezident seçkilərində yığdığı yüz minlərlə səsi ləğv edib.
210 seçki məntəqəsində səsvermənin nəticələri saxta hesab olunub.

Seçkilərdə ilkin nəticələrə görə, Kərzainin yığdığı 55 faiz səs şübhə altındadır.
Hesabatdan sonra onun yığdığı səslər 50 faizdən aşağı düşsə, yeni prezident seçkiləri keçirilməlidir.

BBC adı çəkilməyən rəsmiyə istinadla xəbər verir ki, Seçki Şikayətləri Komissiyasının qərarı budur ki, Kərzai 50 faizdən az səs yığıb.
Bu xəbərin hələlik rəsmi təsdiqi yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG