Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:59

Daha bir telefon terrorçusuna hökm oxunub


Oktyabrın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə terror barədə polisə yalan məlumat verməkdə təqsirləndirilən Ağstafa rayon sakini Səməd Əhmədova hökm oxunub. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Səməd Əhmədov özünə məxsus mobil telefondan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək paytaxtdakı banklardan birinə bomba qoyulması barədə məlumat verib.

Araşdırmalar nəticəsində məlumat təsdiqini tapmayıb. Yalan məlumat vermiş şəxsin kimliyi və yeri müəyyənləşdiriləndən sonra o, həbs edilib.
XS
SM
MD
LG