Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35

Vəkillər «Meşə qardaşları»na azadlıq istəyirlər


Təqsirləndirilən şəxslərin çıxışlarından sonra məhkəmə hökmünü elan edəcək

«Meşə qardaşları»nın vəkilləri onlara bəraət istəyiblər. Oktyabrın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə, terrorda, Azərbaycanda cihada hazırlıqda, qanunsuz silah və narkotik maddələr gəzdirməkdə və digər cinayətlərdə təqsirləndirilən 26 nəfərin vəkilləri çıxış ediblər. Onların bir qismi müdafiə etdikləri şəxslərə həbslə əlaqədar olmayan cəza təyin edilməsini, bir qismi isə ümumiyyətlə, bəraət hökmü çıxarılmasını xahiş ediblər. Vəkillər təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların şişirdildiyini bildiriblər.

İTTİHAM

İttiham aktında göstərilir ki, Azərbaycan vətəndaşları olan 26 nəfər Qusar meşələrində gizli hərbi təlimlərdə iştirak ediblər. Çeçenistana gedərək çeçen silahlı birləşmələri tərkibində Rusiya qoşunlarına qarşı döyüşüblər. Onlar Azərbaycanda da cihada hazırlıq görüblər. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunarkən onların yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı silah və narkotik maddələr aşkar edilib. Həmçinin, dəstə üzvlərindən bir neçəsi ötən il avqustun 17-də «Əbu Bəkr» məscidində 2 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən partlayışın törədilməsində iştirak ediblər.

QAZDIQLARI İSTEHKAMA «DÜŞƏNLƏR»

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə 3 ildən 15 ilədək həbs cəzası tələb edib. Vəkillərsə prokurorun çıxışı ilə razılaşmayıblar. Təqsirləndirilən şəxs Zabit Şıxbabayevin vəkili Elman Osmanov deyib ki, hazırda müttəhimlər kürsüsündə əyləşib hökmünü gözləyənlərin əksəriyyəti cihaddan da, silahdan da çox-çox uzaqdırlar. Məhkəmədə dindirilmiş şahidlərin ifadələrindən də məlum olub ki, təqsirləndirilən şəxslərin fəaliyyəti saxlanc yerləri qazmaqdan ibarət olub:

«Onlar saxlanc yerləri qazmağa kömək etmək üçün götürülüblər,
«Əbu-Bəkr» məscidi
heç bir döyüşlərdə iştirak etməyiblər, evlərinə qayıtmaq fikrinə düşüblər və qayıdıblar. Silahdan bircə dəfə də istifadə etməyiblər».

«ƏBU BƏKR»İ KİM PARTLADIB?

Vəkilin sözlərinə görə, nə istintaq, nə də məhkəmə məscidi partladanı müəyyən edə bilməyib:

«Partlayışda təqsirləndirilən şəxslər, xüsusilə də Elnur Bəşirov məhkəmədə dedi ki, «mən işgəncələr nəticəsində ifadə verdim ki, orda qıraqda durmuşdum, izləyirdim, İsmayıl adlı bir şəxs qumbaranı atıb qaçdı. Bunlar hamısı yalan söhbətdir, mən orda olmamışam». Elnur döyülərkən məcbur olub bir ad desin, ağlına gələn birinci ad «İsmayıl» olub, onu da deyib. Amma nə istintaq zamanı, nə də məhkəmədə qumbara atan adam müəyyən olunmayıb».

Elman Osmanov deyir ki, hüquqlarını müdafiə etdiyi Zabit Şıxbabayevə və digər təqsirləndirilən şəxslərə qanunsuz silah və narkotik vasitələrin tapılması ilə bağlı verilmiş ittiham da məhkəmədə təsdiqini tapmayıb. Təqsirləndirilənlərin əksəriyyəti ifadə verib ki, evlərində aşkar olunmuş narkotik, silah əslində onlara məxsus olmayıb:

«Hətta elə hallar olub ki, həmin axtarışlarda hal şahidləri belə protokolları imzalamayıblar. Belə də hallar olub ki, ümumiyyətlə, axtarışlar qanunsuz keçirilib. Yəni ev sahiblərinin iştirakı olmadan, ya da həddi-buluğa çatmayan, 13 yaşlı uşağın iştirakı ilə keçirilib».

Təqsirləndirilən şəxslərin çıxışlarından sonra məhkəmə hökmünü elan edəcək.

Şərhləri göstər

XS
SM
MD
LG