Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:37

Afrikada demokratik lider mükafatı heç kimə verilmədi


Afrikada ən yaxşı dövlət idarəçiliyinə görə mükafat bu il verilmədi.
Mükafat demokratik idarəçilik nümunəsi göstərən Afrika liderinə verilir.
Mükafat 5 milyon dollardır. Onu alan ömrünün sonuna kimi hər il əlavə olaraq 200 min dollar da alır.

Mükafatı təsis edən Sudanın telekommunikasiya maqnatı Mo İbrahimə təklif olunub ki, mükafatı Nigeriyanın keçmiş prezidenti Obasancoya və ya Cənubi Afrikanın keçmiş prezidenti Mbekiyə versin. Ancaq o deyib ki, “mənim bu şəxslərə hörmətim var, ancaq bunun qərara dəxli yoxdur”.

Mükafatı verən komitədən soruşulub ki, mükafatın heç kimə verilməməısi o deməkdirmi ki, Afrikada demokratik lider yoxdur?
Komitə bu suala cavab vermək istəməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG