Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:00

Fransız qızı aşıq mahnısı oxudu


"Qazax" qrupunun solistləri Meluka Obri və Frederik Qazaxbəyli

"Qazax" qrupunun solistləri Meluka Obri və Frederik Qazaxbəyli

Fransada fəaliyyət göstərən “Qazax” müsiqi qrupunun solistlərindən olan Meluka Obri aşıq mahnısı ifa edib (Mikayıl Azaflı, “Amandı”).



Bu mahnı qrupun artıq üzərində tamamlama işləri gedən “La fibre” adlı yeni albomunda yer alıb. “Foto” adlı ilk albomlarında olduğu kimi “Qazax” qrupu bu dəfə də Azərbaycan və fransız ritmlərini sintez etməyə çalışıb.

Fransanın Qrenobl şəhərində yaradılan qrupun gitaraçısı Filip Fonten AzadlıqRadiosuna deyib ki, onlar ilk dəfədir ki, aşıq musiqisinə müraciət edirlər, onlar “Amandı” mahnısına Nazpəri Dostəliyevanın albomunda qulaq asandan sonra belə qərara gəliblər.

Albom 13 mahnıdan ibarət olacaq və mahnıların bəziləri, o cümlədən “Amandı” və “Sən gəlməz oldun” azərbaycanlı sənətçilər Elşən və Malik Mansurov qardaşlarının müşayiəti ilə yazılıb.

“Qazax” qrupunu Frederik Qazaxbəyli yaradıb. Onun atası İlyas Qazaxbəyli 2-ci dünya müharibəsi zamanı almanlara əsir düşüb və müharibədən sonra Fransada yaşamağa qərar verib (Frederik Qazaxbəyli və onun qrupu haqda yazıya bu linki sıxmaqla keçə bilərsiz).

Şərhləri göstər

XS
SM
MD
LG