Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36

Rusiya Gürcüstan müharibəsinə dair film çəkilir


Amerikanın məşhur aktyoru Endi Qarsiya hazırda Tbilisidədir. O, ötən ilki Rusiya Gürcüstan müharibəsinə həsr olunmuş filmdə Gürcüstan prezidenti Mixail Saakaşvilinin obrazını yaradır. Filmi rejissoru Renni Harlindir. Məlumata görə, Endi Qarsiya Tbilisidə iki gün qalacaq, çəkilişlər isə prezidentin sarayında aparılacaq. Filmdə Gürcüstanın separatçı regionu Cənubi Osetiyadakı döyüşlərin şahidi olmuş amerikalı jurnalist və operatorun taleyindən danışılır.

Filmin premyerasının gələn ilin yazında olacağı gözlənilir.

Rusiya mətbuatının yazdığına görə, eyni vaxtda serbiyalı rejissor Emir Kusturika da Rusiya Gürcüstan müharibəsinə dair film çəkməyi planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG