Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:50

Yol polisinin qovduğu maşın 2 adamın ölümünə səbəb oldu


Yol polisinin təqibi faciəyə səbəb oldu
Yol polisinin təqibi faciəyə səbəb oldu
Dövlət Yol Polisinin əməkdaşlarına hücum çəkmiş Şəmkir rayon sakinləri barəsində cinayət işi başlanıb. Şəmkir rayon Prokurorluğundan ANSPRESS-ə verilən məlumata görə, ötən gün rayonun Muxtariyyə kəndi ərazisində Ayaz Məmmədovun idarə etdiyi «VAZ 2107» markalı avtomobil 3 nəfəri vurub, 72 yaşlı Ələddin Həsənov, 19 yaşlı Anar Hüseynli ölüb, 1 nəfər isə xəsarət alıb.

Sözügedən faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat Şöbəsində cinayət işi başlanıb.

Hadisədən sonra kənd sakinləri baş vermiş olayda polisləri günahkar sayaraq, onlara hücum edib, avtomobillərini çeviriblər. Bu faktla da bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb. Hələlik saxlanılan yoxdur, istintaq hərəkətləri aparılır.

Hadisə şahidlərinin məlumatına görə, qəza Dövlət Yol Polisi əməkdaşlarının iki avtomobilinin «VAZ 2107» markalı maşını qovarkən baş verib. Hadisədən sonra yüksək sürətlə hərəkət edən Dövlət Yol Polisi avtomobili həlak olan piyadalardan birinin üzərindən keçib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG