Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:23

Əfqanıstan müxalifəti prezidenti ittiham edir


Əfqanıstan müxalifəti prezident Həmid Kərzaini iki ay öncə keçirilmiş prezident seçkisinin yekun nəticəsinin açıqlanmasını gecikdirməkdə ittiham edir.

Səslərin hesablanması hazırkı prezident Həmid Kərzainin öndə olduğunu göstərir, amma seçki pozuntularına dair də kifayət qədər dəlillər var. Şikayət və pozuntulara dair komissiyanın işi hələ yekunlaşmayıb. Kərzainin nümayəndəsi deyib ki, prezident komissiyanın işinə hər hansı təsir göstərmir.

Seçkilər ətrafında yaranmış bu vəziyyət dünya liderlərini də narahat edir. Amerika elan edib ki, ölkənin yeni rəhbərliyinin Vaşinqtonla «əsl partnyor» olduğuna əmin olmayınca, Əfqanstana əlavə qoşun göndərməklə bağlı qərar qəbul etməyəcək.

XS
SM
MD
LG