Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:52

Pakistan ordusu 60 yaraqlının öldürüldüyünü deyir


Son gün ərzində Pakistanın şimal-qərbində, Cənubi Vəziristan əyalətində gedən döyüşlərdə 60 yaraqlı və 6 əsgər ölüb.

Məlumatı Pakistan ordusu verib.

Pakistanın hökumət qoşunları şənbə günü ölkənin şimalında fəaliyyət göstərən talibançılara qarşı irimiqyaslı hərbi əməliyyatlara başlayıb.

Əməliyyata 30 mindən artıq canlı qüvvə cəlb olunub.

Talibançıların isə 10 min nəfər olduğu təxmin edilir.
XS
SM
MD
LG