Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:58
Azərbaycan Ordusu daha bir əsgərini itirib. Zaqatala rayonu Gözbarax kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, həmkəndliləri, 1990-cı il təvəllüdlü Mahmudov Faiq Məhərrəm oğlu Qusar rayonunda yerləşən «N» saylı hərbi hissədə hərbi xidmət zamanı baş nahiyəsindən aldığı güllə yarasından ölüb.

Zaqatala rayon Hərbi Komissarlığından APA-ya F.Mahmudovun Qusar rayonunda «N» saylı hərbi hissədə qulluq etdiyi və baş nahiyəsindən güllə yarası alması nəticəsində öldüyü faktı təsdiqlənib. Lakin hadisənin hansı şəraitdə baş verməsi haqda məlumat əldə etmək mümkün olmayıb.

F. Mahmudov oktyabrın 17-də doğulduğu kəndə gətirilərək dəfn olunub. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və Gözbarax kənd sakinləri iştirak ediblər.

Mərhum 2009-cu ilin aprelində Zaqatala rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG