Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:02

Rusiyadan sığınacaq istəmiş gürcüstanlı prodüser axtarışdadı


Rusiyadan siyasi sığınacaq istəmiş Gürcüstanın “İmedi” televiziya kanalının keçmiş əməkdaşı Badri Afanasev oğurluq ittihamıyla axtarışdadı.

Bu barədə Rusiyanın informasiya agentlikləti Gürcüstanın hüquq mühavizə orqanlarına istinadla xəbər verirlər.

“İmedi” şirkəti deyir ki, keçmiş prodüser Badri Afanasev film üçün nəzərdə tutulmuş pulu götürərək bir neçə il bundan əvvəl Gürcüstanı tərk edib.

Rusiya Federal Təhlükəsizlik Xitmətinin məlumatına görə Badri Afanasev isə deyir ki, Gürcüstanın hakim dairələri müxalifətə görə onu təqib edir.
XS
SM
MD
LG