Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:54

Əl Baradei ABŞ-la İranı birbaşa dialoqa çağırır


İranın nüvə proqramı ətrafında yaranmış mübahisəni yalnız ABŞ və İran arasında birbaşa, şərtsiz danışıqlar yoluyla həll etmək olar.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əl Baradei deyib.

Əl Baradei Avstriya mətbuatına müsahibəsində qeyd edib ki, İrana qarşı yeni sanksiyalar yalnız vəziyyəti daha da qəlizləşdirəcək.

Məhəmməd Əl Baradeyi ümid edir ki, İranın nüvə proqramıyla bağlı gələn həftə keçiriləcək çoxtərəfli danışıqlar, məsələylə bağlı daha geniş müzakirələrə yol açacaq.
XS
SM
MD
LG