Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:20

Kosovo ilə sərhəd razılaşmasını Makedoniya da təsdiqlədi


Makedoniya parlamenti Kosovo parlamentinin ardınca mübahisəli ərazilərdə sərhədlərin təyin edilməsilə bağlı razılaşmanı təsdiq edib.

Sənədin imzalanması iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına yol açır.

Makedoniya Kosovonun müstəqilliyini tanısa da bu mübahisəyə görə onunla diplomatik münasibətlər qurmurdu.

Əvvəllər Serbiyanın tərkibində olan Kosovo 2008-ci ilin fevralında müstəqillik qazandı və bunun ardınca respublikanı 62 dövlət tanıdı.

ABŞ və hazırda Avropa Birliyinə sədrlik edən İsveç tərəflər arasında belə bir razılaçmanın imzalanmasını alqışlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG