Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:42

İranda 2 general da daxil olmaqla 20 adam ölüb


İranın cənub-şərqində naməlum yaraqlının hücumu nəticəsində 20 adam ölüb.

Ölənlərdən ikisi İran İnqilab Qvardiyasının yüksək rütbəli komandirləridir.

İran mətbuatının verdiyi məlumata görə söhbət quru qoşunlarının komandanı general Nurəli Şuştari və Sistanla Bəlucistan əyalətlərinin komandanı general
Məhəmməd Zadehdən gedir.

Onların ölümünü parlamentin sədri Əli Laricani də təsdiqləyib.

İran adətən bu cür hücumlarda “Jundallah” (Allahın Əsgərləri) adlı sünni qrupu ittiham edir.

Sistan və Bəlucistanda əsasən azlıqda olan sünni bəluclar yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG