Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:42

Əfqanıstanda prezidentliyə iddiaçılar əməkdaşlığa hazırdılar


Əfqanıstanda prezidentliyə iddiaçılar seçkidən sonra yaranmış böhrandan çıxçaq naminə birgə işləməyə hazırdılar.

Bunu Fransanın xarici işlər naziri Bernar Kuşner deyib.

O Kabildə prezident Həmid Kərzai və seçkilərdə onun əsas rəqibi olmuş keçmiş xarici işlər naziri Abdulla Abdullayla görüşüb.

Səslərin hesablanması Həmid Kərzainin irəlidə olduğunu göstərsə də gütləvi pozuntular olduğu bildirilir.

Şikayətləri araşdıran komissiya nəticələri açıqlamalı və bu nəıticələr əsasında seçkinin ikinci mərhələsinin keçirilib-keçirilməməsi müəyyən olmalıdır.

Qərb ölkələri yaranmış vəziyyətdən narahatdır. Seçki avqustun 20-də keçirilib.
XS
SM
MD
LG