Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:34

Pakistanda Talibana qarşı hərbi əməliyyatlar davam edir


Pakistan ordusu Əfqanıstanla sərhədd bölgəsində talibançılara qarşı irimiqyaslı əməliyyatları davam etdirir.

Pakistanın hökumət qoşunları dünən yaraqlıların möhkəmləndiyi Cənubi Vəziristana girib.

İndiyədək getmiş döyüşlərdə azı 5 əsgər və 11 yaraqlı öldürülüb.

Rəsmilər talibançıların əsas dayaq məntəqələrindən birinin ələ keçirildiyini xəbər verirlər.

Əməliyata 30 mindən artıq canlı qüvvə, hərbi təyyarə və vertolyotlar cəlb olunub.

Talibançıların isə 10 min olduğu təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG