Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:38
Tez-tez eşitmək olar ki, günün əvvəli və ya sonunda duş qəbul eləmək rahatladıcı təsir göstərir, yorğunluğu çıxarır. Amma, ABŞ-dakı Kolorado Universitetinin alimlərinin araşdırması göstərib ki, bunun cana ziyanı daha çox ola bilər.

Araşdırmaya görə, duşun başlığında digər yerlərdən 100 dəfələrlə çox bakteriyalar yığılır və duş qəbul edərkən əsasən insanın üzünə yönələn su şırnağı vasitəsiylə bu bakteriyalar insanın tənəffüs yollarına düşür.

Vanna yerinə duş qəbul edənlər daha tez xəstələnir

ABŞ Milli Elmlər Akademiyası da təsdiq eləyib ki, son illər ölkədə tənəffüs yolları xəstəliklərinin artmasına səbəb insanların vanna qəbul etmək yerinə duş qəbul eləməyə üstünlük verməsidir. Araşdırmalara görə, ABŞ-dakı duşların 1/3-ində yığılan bakteriyalar həyat üçün xüsusi təhlükə törədir.

Alimlər deyir ki, sağlamlığı möhkəm olan insanlar adətən duşun bu mənfi təsirini hiss eləmir. Ancaq, hamilə və immuniteti zəif olanlarda bu növbəti saatlarda daha tez hiss edilir.

Duş qəbul eləmək sinir sistemi və beyinə də təsir edir

Ötən il Ueyk-Forest Universitetinin alimləri isə iddia eləmişdilər ki, duş qəbul eləmək həm də beynin fəaliyyətini pozur. Çünki duş qəbul etmə proseduru zamanı insan kran suyunun tərkibində olan manqanın təsirinə məruz qalır. Manqan isə öz növbəsində insanın mərkəzi sinir sistemi və beyninə mənfi təsri edir. Ueyk-Forest Universitetinin alimləri çıxış yolu kimi ABŞ-da kran sularının təkibindəki manqanın miqdarının azaldılmasını tövsiyyə edirlər. ABŞ-da 1 litr suda 0.5 mq, Avropa Birliyində isə 10 dəfə az - 0.05 mq manqanın olmasına yol verilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG