Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:15

«Azərbaycan hakimiyyəti mili barışıq elan etməlidir»


Əvəz Həsənov və Fəridə Əsgərova

Əvəz Həsənov və Fəridə Əsgərova

«Azərbaycan hakimiyyəti mili barışıq elan etməlidir»

Bu fikri «Panorama» verilişində Qarabağ Azadlıq Təşkilatının sədr müavini Fəridə Əsgərova dedi. O düşünür ki, indi regionda baş verən proseslər və Azərbaycanın mənafeyi hakimiyyətdən belə bir addım atmağı tələb edir.

F.Məmmədova təəssüf edir ki, hakimiyyətin Qarabağ münaqişəsi ilə bağlı daxilə yönəlik siyasəti uğurlu deyil:

«Sərhədlərin açılması nə Azərbaycanın, nə də Türkiyənin mənafeyinə cavab verir. Ermənistan soyqırımı iddialarından əl çəkən deyil. Siz fikir verin, onlar indi də vaxtilə Türkiyədən köçüb başqa ölkələrdə vəfat edən soydaşlarının qəbirlərinin Türkiyəyə köçürülməsini tələb edirlər. Qərb Türkiyəyə təzyiqlər edir ki, Ermənistanla sərhədi açsın. Ermənistan 20 ilə yaxındır Azərbaycanın ərazilərini işğal edib, ancaq heç onlara təzyiqlər edən yoxdur. Qərb elə Ermənistana təzyiqlər etsin ki, işğal edilmiş əraziləri boşaldın da. Ermənistan işğal edilmiş ərazilərdən çıxsa, nəinki Türkiyə, elə Azərbaycan da sərhədləri açar».

Hüquq müdafiəçisi Əvəz Həsənov isə deyir ki, indi həm Türkiyəyə, həm də Ermənistana təzyiqlər var:

«Ancaq məsələ tək bu təzyiqlərdə deyil. Türkiyə qonşuları ilə münasibətlərini yaxşılaşdırmaq istəyir. Ermənistana da iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün sərhədlərin açılması çox lazımdır».

Ə.Həsənov da düşünür ki, Azərbaycan hakimiyyəti Türkiyə ilə münasibətlərini gərginləşdirməkdənsə daxildə vətəndaş barışığı yaratmalıdır. Ancaq o, düşünür ki, Azərbaycanda vətəndaş mövqeyinə hörmət edilmir:

«Bu təkcə hakimiyyətə aid deyil. Elə siyasi partiyalar da, QHT-lər də vətəndaş mövqeyinə hörmət etmir. Hamı elə bilir ki, xalq ona borcludur. Xalq da hesab edir ki, hakimiyyət iddiasında olan siyasi qüvvələr onun əvəzində ölkənin problemlərini yoluna qoyacaq. Bu bizim əsl faciəmizdir»...

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG