Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38

Təyyarənin səsini batıran xorultu


Cinni Çepmen xoruldayanda bu təyyarədən çox səs-küy çıxarır

Cinni Çepmen xoruldayanda bu təyyarədən çox səs-küy çıxarır

Böyük Britaniyada yaşayan Cinni Çepmen adlı qadının xorultusu təyyarə səsindən də güclüdür. 60 yaşlı qadının xorultusu 111.6 desibellə ölçülüb. Bu isə alçaqdan uçan təyyarənin səsindən də 8 desibel yüksəkdir.

Çepmenin 18 illik həyat yoldaşı Kolin xanımı xoruldamağa başlayanda kar olmamaq üçün ən uzaq otağa keçməyə məcbur olduğunu bildirir.

Dayly Mail qəzetinin məlumatına görə, 4 nəvəsi olan nənənin - Cinninin xorultusunun gücü ötən həftə xəstəxanada ölçülüb. Xorultusu üzündən axır ki, həkimə müraciət edən Cinninin xorultu şiddəti həkimləri də çaş-baş qoyub. Həkimlər ona sadəcə faydalı yeməıklər yeməyi və idmanla məşğul olmağı məsləhət görüblər. Cinni özü isə bu cür olmasından utandığını, amma hüç bir şeyin kömək etmədiyini deyir.

Müqayisə üçün Cinninin xorultusunun səs şiddəti adi xorultudan 61 desibel, paltaryuyan maşından 33, dizel motorundan 27, traktordan 13, qatardan 11 və alcaqdan uçan təyyarədən 8 desibel daha yüksəkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG