Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:58

Tibb bacısının köməkçisi işləyən şahzadə kral olur


Uganda sərhədçiləri, 28 mart 2007-ci il
Uganda sərhədçiləri, 28 mart 2007-ci il
ABŞ-da 25 ildir qocalara və əlillərə baxan tibb bacısının köməkçisi işləyən Çarlz Uesley Mumbere gələn həftədən artıq əsl kral olacaq. Mumbereni hakimiyyətə gətirən krallıq Uqandanın Qərbində, hökumətin də tanıdığı 300 min nəfər əhalisi olan Ruenzururu Krallığıdır.

50 yaşlarında olan Mumberenın tacqoyma mərasimi bazar ertəsi olacaq.

Mumbere özü 30 yaşında təhsil almaq və dil öyrənmək üçün ABŞ-a gəlib. Amma ölkəsindəki siyasi gərginlik üzündən atası İsaya Mukirane taxtdan salınıb və Mumberenin təqaüdü də kəsilib. Bundan sonra Mumbere ABŞ-dan siyasi sğınacaq istəyib və tibb bacısının yardımçısı kimi çalışaraq dolanmağa çalışıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG