Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:02

Mehriban Əliyeva adına məktəb açılıb


Misirdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adını daşıyan məktəb açılıb.

Xəbəri «Azərtac» yayıb. İlk dəfədir ki, Misir Ərəb Respublikasında xarici vətəndaşın adını daşıyan təhsil ocağı açılır.

Açılışda Abşeron Rayonu İcra Hakimiyyətinin nümayəndə heyəti iştirak edib.

İki il əvvəl prezident İlham Əliyevin Misirə səfəri zamanı Misirin Qalubiyyə vilayəti və Azərbaycanın Abşeron rayonu arasında dostluq və əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Dördmərtəbəli, 1600 şagird yerlik məktəb binası Misirdə bu tipli yeganə müasir təhsil ocağıdır. Məktəb şagirdlərinin təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olacaq. Təhsil ocağında üç şöbə fəaliyyət göstərəcəkdir. Bunlar hazırlıq, əlil uşaqlar və ümumi təhsil şöbələridir.
XS
SM
MD
LG