Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:42

10 min uşağın qaranlıq taleyi


Binədəki internat məktəbi, 1 yanvar 2009
Binədəki internat məktəbi, 1 yanvar 2009
Son üç ildə Azərbaycanın uşaq müəssisələrini təqribən 10 min uşaq tərk edib. İndi həmin uşaqların taleyindən hökumətin xəbəri yoxdur və bu uşaqlara ümumiyyətlə, nəzarət olunmur.

2006-cı ildə hökumət «Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı»nı təsdiqləyib.

Bu proqram üzrə işçi qrupun rəhbəri Məlahət Hacıyeva AzadlıqRadiosuna müsahibəsində deyir ki, proqram elan olunandan sonra övladını internata vermiş ailələr elə başa düşüblər ki, hökumət onlara öz uşaqlarını saxlamaq üçün pul verəcək. Gəlib uşaqlarını geri götürüblər. Halbuki, proqram çərçivəsində ailələrə paylanma hələ başlamayıb:

«Uşaqların verilməsi ilə bağlı işləri icra hakimiyyətləri nəzdindəki qəyyumluq idarələri həyata keçirir. Onların məlumatsızlığı və görünür, başqa işlərinin çox olması ucbatından bu, baş verib».

M.Hacıyeva deyir ki, evlərə verilən uşaqların sonrakı taleyinə nəzarət, həmin uşaqların saxlanması üçün ailələrə maddi yardımın verilməsi mexanizmi razılaşdırılmamış uşaqları valideynlərə qaytarmaq düzgün deyil.

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov AzadlıqRadiosuna müsahibəsində deyir ki, dövlət proqramı var deyə, qəyyumluq komissiyaları internata son vaxtlar uşaq qəbul etmirlər.

Ailələrin götürdüyü uşaqlar isə çox vaxt onları vaxtilə internata aparmış səbəblə qarşılaşırlar və evdən çıxıb küçələrə düşürlər.

Bəs Azərbaycanda uşaqlar niyə belə zəif müdafiə olunurlar?

Məlahət Hacıyeva deyir ki, bu məsələ hökumətin diqqətindədir və uşaq hüquqları ilə bağlı vahid mərkəzin yaradılması nəzərdə tutulur.
XS
SM
MD
LG