Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:08

«Bu məsələ Azərbaycan qazının Avropaya tam gücü ilə nəqlinə mane olur»


Türkiyə ilə qaz sahəsində tranzit məsələlərinin hələ də həll edilməməsi Azərbaycan qazının Avropaya tam gücü ilə nəqlinə mane olur.

Bunu oktyabrın 16-da Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev deyib (AzərTAc).

Onun sözlərinə görə, gələn ildən Azərbaycan qazı Rusiyaya ixrac ediləcək və perspektivdə İrana da qaz ixracı həyata keçirilə bilər:

«Qaz təsərrüfatında müasir standartlar tətbiq olunmalı, qaz anbarlarında yenidənqurma işləri aparılmalıdır».

Gələn ilin əvvəlindən isə alternativ enerji mənbələrinin yaradılması diqqətdə saxlanılacaq.

İclasda 2010-cu ilin ölkədə «Ekologiya ili» elan edilməsi təşəbbüsü ilə çıxış edən prezident deyib ki, bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Dünyada maliyyə böhranının, ölkələrin əksəriyyətində iqtisadi tənəzzülün yaşandığı bir vaxtda Azərbaycan iqtisadiyyatında müsbət meyillər müşahidə olunmaqda davam edir.

İ.Əliyevin sözlərinə görə, gələn ilin dövlət büdcəsi balanslaşdırılmış səviyyədə tərtib olunub, neftin 1 barelinin qiyməti büdcədə 45 dollar müəyyən edilib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bu günlərdə mediaya açıqlamasında bildirib ki, 2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsi yaxın günlərdə komitədə müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG