Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:42

Hərbi sirləri satmaqda ittiham olunan əsgər 9 il azadlıqdan məhrum edildi


Rusiyada hərbi tribunal keçən ilin avqustunda iki ölkə arasında müharibə zamanı hərbi sirləri Gürcüstan tərəfə satmaqda ittiham olunan əsgəri doqquz il müddətinə azadlıqdan məhrum edib.

Prokurorlar bildiriblər ki, gürcü əslli Cemal Nakaidze adlı Rusiya əsgəri Gürcüstanın xüsusi xidmət orqanları casusluğa cəlb ediblər. Onlar əsgəri hərbi informasiyaların əvəzinə pul və Batumidə ev verəcəkləri ilə şirnikləndiriblər.

Ittihama görə əsgər keçən ilin fevral-noyabr aylarında Gürcüstanın xüsusi xidmət orqanına işləyib. Hakim əsgərin ittihamı qəbul etdiyini bildirib.
XS
SM
MD
LG