Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:04

BMT İsrail və Həması cinayətlərdə ittiham edən sənəd qəbul etdi


BMT İnsan Haqları Şurası İsraili və Həması müharibə cinayətlərində ittiham edən hesabatı qəbul edib. Hesabatda həmçinin İsrail keçən qış Qəzzada müharibə zamanı baş verənlərin araşdırılmasında BMT-nin nümayəndəsi, Cənubi Afrikanın müharibə cinayətləri üzrə prokuroru Richard Goldstonela kifayət qədər əməkdaşlıq etməməkdə ittiham edilir.

İnsan Haqları Şurasına üzv olan ölkələrdən 25-i hesabatın lehinə, ABŞ və Avropa Birliyi ölkələri əleyhinə səs verib. 11 ölkə isə bitərəf qalıb.

Həm İsrail, həm də Həmas hesabatda onlara yönələn ittihamları rədd edir. Sənəddə həmçinin BMT Təhlükəsizlik Şurasına tövsiyə olunur ki, iddiaların araşdırılmasına tərəflər yenə mane olsalar, məsələ Beynəlxalq Cinayətlər Məhkəməsinə göndərilsin.

Bu gün hesabat səsverməyə çıxarılmazdan əvvəl İsrail bildirib ki, o, qəbul olunsa, İsrailin özünümüdafiə etmək imkanları məhdudlaşa bilər. ABŞ da bu sənədi “qüsurlu” adlandırıb.
XS
SM
MD
LG