Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:04

«Sərhədlərin açılması ilə işğal davam edə bilər»


«Sərhədlərin açılması ilə Türkiyə-Ermənistan arasında iqtisadi əməkdaşlığın başlanması Ermənistanın işğalı davam etməsinə yardım göstərəcək».

Bunu Xarici İşlər nazirinin müavini Araz Əzimov «APA»ya açıqlamasında deyib. O əlavə edib ki «Bu, nəticə etibarı ilə, azərbaycanlıların, həmçinin Dağlıq Qarabağ regionun azərbaycanlı icmasının öz torpaqlarına qayıdışını əngəlləyəcək».

Nazir müavini Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasının Ermənistanın bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayacağı təqdirdə region üçün müsbət nəticələr verməyəcəyini bir daha qeyd edib.

«Türkiyə-Ermənistan sərhədlərinin açılması, yalnız Ermənistan ordularının Azərbaycan ərazilərindən çıxarılması və Laçın yolunun bütün tərəflərin istifadəsi üçün yenidən açılması ilə bərabər eyni zaman çərçivəsinə salındığı təqdirdə, münaqişənin həllinin elementi kimi vacib rol oynaya bilər. Bütün bunlar baş verdikdə, Türkiyə, Ermənistan və Azərbaycan iqtisadi əməkdaşlıq üçün daha əlverişli imkanlara malik ola bilər».

A.Əzimov bildirib ki, Ermənistan orduları Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmayana qədər rəsmi Bakı Ermənistanla hər hansı iqtisadı əməkdaşlığı nəzərdən keçirməyəcək.

Oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan xarici işlər nazirləri diplomatik əlaqələrin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan protokolları imzalayıblar.
XS
SM
MD
LG