Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:11

2500 nəfər tutulanların azad edilməsini istəyir


İranda həbs olunan amerikalıların ailəsi rəsmi Tehranı yaxınlarını azad eləməyə çağırıb.

2500-ə yaxın adamın imzaladığı müraciət Nyu-Yorkda İranın BMT-dəki nümayəndəsinə verilib. Onlar ümid edirlər ki, İran hökuməti bu anlaşılmazlığı araşdıracaq.

Müraciətdə qeyd olunur ki, amerikalılar İraqın şimalı ilə piyada səfər edərkən təsadüfən İran sərhədini keçiblər və orada həbs olunublar.

27-31 yaşlı üç səyahətçi iyul ayında həbs olunub. Onların həbsi xəbəri İsveçrə səfirinə çatdırılandan sonra, o, sentyabrda saxlananlara baş çəkib. Ancaq yaxınları ilə əlaqə yaratmağa icazə verilməyib.
XS
SM
MD
LG