Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:41

Şirkət rəhbərini kim ölümə vadar edib?


Sahibkar ölümündən əvvəl məktub yazıb

Sahibkar ölümündən əvvəl məktub yazıb

«Bizim yol»:

Şirkət rəhbərini kim ölümə vadar edib? Bakıda tikinti şirkətinin rəhbəri intihar edib. Binəqədi rayon Prokurorluğundan qəzetimizə verilən məlumata görə, hadisə oktyabrın 14-ü saat 22.00 radələrində baş verib. 1975-ci ildə Laçın rayonunda anadan olan, «Oray» MMC-nin rəhbəri Qaşqay Həsənov özünü kəndirlə asıb. Mərhum ölümündən əvvəl onu intihara məcbur etmiş şəxsin adı olan məktub yazıb. İşin istintaqını aparan Binəqədi rayon Prokurorluğunun müstəntiqi Elşən Məmmədov «Anspress»ə bildirib ki, Q.Həsənovun üzərində bir nəfərlə bağlı məktub çıxıb. Müstəntiq istintaq sirri olduğundan həmin şəxsin adının açıqlanmasını məqsədəuyğun saymayıb.

Yeni Müsavat:

Özünü öldürən şirkət rəhbərinin məktubu...

Bezdirdilər, dözmədi, canına qıydı. Qaşqay Həsənov ölümqabağı məktubunda intiharının səbəblərini və bir nazirin adını yazıb; ondan külli miqdarda rüşvət tələb olunurmuş. Qarabağ uğrunda döyüşlərdə saysız uğurlara imza atan Qaşqay Həsənov hökumət orqanlarının keçirdiyi ən müxtəlif tenderlərə dəfələrlə sənəd göndərsə də, qaliblərin sırasına düşə bilməyib. Bu ilin yanvarında AzadlıqRadiosuna verdiyi açıqlamasında Q.Həsənov müxbirin tenderlərin keçirilməsi qaydası ilə bağlı sualına sualla cavab vermişdi: «Əgər tenderləri udmaq belə asandırsa, niyə kifayət qədər imkanlara malik şirkətim həmişə məğlub çıxır?»

Qaşqay Həsənov həmin müsahibəsində deyir ki, hökumət orqanlarının keçirdiyi tenderlərdə iddiaçılar arasında texniki, maliyyə və təcrübə sarıdan üstünlük əldə etmək üçün bir neçə şirkətin alyansını yaradıb. Yenə də qaliblər cərgəsinə düşə bilməyib. O, yalnız xarici təşkilatların və özəl qurumların keçirdiyi tenderlərdə uğur qazana bilir. Göründüyü kimi, kifayət qədər bacarıqlı iş adamını sıxışdıraraq biznesini çökdürməklə pis vəziyyətə salıblar. Sonda isə şirkət rəhbəri çıxış yolunu özünü öldürməkdə görüb.

Azadlıq:

Rüşvətə etiraz edən müəlliməni döyə-döyə işdən qovublar. Təhsil Nazirliyi Nigar Həmidovanın başına gətirllənlərə seyrçi qalıb: «Bu işi ədalətli araşdırmasalar, intihar edəcəm». Redaksiyamıza müraciət edən Laçın rayon 11 saylı orta məktəbin və Çıraqlı kənd məktəbinin müəlliməsi Nigar Həmidoyanın başına gələnlər yəqin oxuyanları da təəccüb içində qoyacaq:

«2008-2009 dərs ilində hər iki məktəbdə məktəb tikintisi ilə əlaqədar müəllimlərdən pul yığırdılar. 11 saylıda isə may ayının maaşını istəyirdilər. Bu pulu vermək imkanım yox idi. İmtina etdiyimə görə həmin vaxtdan məni incitməyə başladılar. Hər dəfə məni kollektiv arasında nüfuzdan salmaq üçün müxtəlif bəhanələr axtanrdılar. İlham Çıraqov Çıraqlı məktəbinin direktorudur. Dərs hissə müdiri Afərin müəllimə isə onun həyat yoldaşıdır. Orada olan müəllimlərin əksəriyyəti direktorun yaxın qohumlarıdır».

Məsələ ilə bağlı ölkə başçısına müraciət edən N.Həmidova Təhsil Nazirliyinin məsul əməkdaşı ilə də görüşüb. Amma hələ ki, onun müraciətlərinə cavab verən olmayıb. Son ümid kimi «Azadlıq»a üz tutduğunu deyən müəllimə şikayətinin ədalətli araşdırlmayacağı təqdirdə intihar edəcəyini bildirir.

Yeni Azərbaycan:

Azərbaycan bayrağı Türkiyədə təhqir olundu. AKP hakimiyyəti ictimai qınaqdan çəkinərək məqsədinə FİFA vasitəsilə nail oldu. Umduğumuz yerdən küsməli idik. Türkiyə hökumətinin atdığı addımları səbrlə izlədik və xalq olaraq, cəmiyyət olaraq Türkiyədən incikliyimizi bir kənara qoyub oktyabrın 14-də Bakının Tofiq Bəhramov adına stadionunda Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı Türkiyənin al-qırmızı bayrağını asdıq. Hamı gözləyirdi ki, Türkiyə hökumətinin Ermənistan prezidentini sanki itkin qardaşı gəlib kimi qarşılaması Azərbaycanda böyük etirazla müşayiət olunacaq.
... Təəssüf hissinə cəmisi iki saat sonra qapıldıq. Bu təəssüf hissi özündə «niyə Türkiyə bayrağını yüksəklərə qaldırdıq» mənasını daşımırdı. Bu təəssüf ulu türkün torpağında, qədim Bursada Azərbaycan bayrağına qarşı edilən təhqiramiz hərəkətdən doğdu...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG