Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:24

Qanunsuz şəbəkə yaratmağa görə bir neçə polis rəisi həbs edilib


Rusiyada, Sankt-Peterburqda bir neçə yüksək rütbəli polis məmuru qanunsuz lotoreya təşkil eləyib, camaatı aldatmaqda ittiham olunub. Şəhər rəhbərliyi fırıldaq şəbəkəsinə polis rəislərinin rəhbərlik elədiyini bildirir.

2008-ci ilin Dekabrından bu yana şəhər metro stansiyalarında təşkil edilən bu lotoreyada əsasən yaşlı sakinlər aldadılıb.

Ümumilikdə aparılan əməliyyatlar nəticəsində 30-a yaxın adam həbs edilib, onların arasında iki polisi rəisi də var. Daha iki polis rəisi isə araşdırma başa çatana qədər şəhəri tərk eləməmək şərtilə zaminə buraxılıb. Şəbəkəni təşkil etməkdə ittiham olunan bir neçə polis zabiti isə şəhəri tərk eləyiblər və harda olduqları bilinmir.
XS
SM
MD
LG