Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 18:27

Rusiya yenə ABŞ-ın planlarından narahatdır


Rusiya ABŞ-ın hava hücumundan müdafiə planlarından yenə də narahatlığını bildirib. Rusiya mediasının məlumatına görə, Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib ki, bu dəfə söhbət NATO üzvü olmayan ölkələrdə - məsələn Ukraynada radarların yerləşdirilməsi ehtimalından gedir.

ABŞ Prezidenti Barak Obama hakimiyyətə gələndən sonra Moskvanın israrla qarşı çıxdığı Şərqi Avropada hava hücumundan müdafiə sistemi yerləşdirmək planından imtina eləmişdi. ABŞ əvvəlki planın əvəzində İrandan gələ biləcək daha real təhlükələrə- yaxın və orta mənzilli raketlərə qarşı havadan müdafiə sistemi qurmağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG