Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:05

«AzTV 95, İTV 87 faiz halda hakimiyyəti tərifləyir»


«Bütün günü tərif verirlər. Ona görə də baxmıram. Mən istəyirəm ki, televiziyalarda müəllimlərdən necə rüşvət alınması haqda, camaatın acınacaqlı yaşayışı haqda verilişləri görüm...»

Bu, orta məktəb müəlliməsi Səmayə Quliyevanın İctimai Televiziya və Azərbaycan dövlət televiziyası ilə bağlı arzularıdır. Onun heç xəbəri də yoxdur ki, bu televiziyaların saxlanması üçün hər ay öz kiçik müəllim maaşından vergi verir.

Səmayə Quliyevadan soruşuruq ki, paytaxtda keçirilən etiraz aksiyaları, iki bloqçunun həbsi, jurnalistlərə və sahibkarlara təzyiqlər, korrupsiya halları haqda beynəlxalq hesabatlar, müxalifətin fikirləri haqda büdcə TV-lərindən məlumat ala bilirmi, deyir ki, yox.

«İTV-NİN VERİLİŞLƏRİNİN 87 FAİZİ HAKİMİYYƏTİ TƏRİFLƏYİB»

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Avropa Komissiyasının maliyyə dəstəyi ilə televiziyaların keyfiyyəti ilə bağlı monitorinq aparıb, məlum olub ki,
İsmayıl Ömərov: «İctimai televiziyada kiməsə qadağa məsələsi absurddur»
may, iyun, iyul ayları ərzində AzTV–nin verilişlərinin 95 faizi, İctimai Televiziyanın isə verilişlərinin 87 faizi indiki hakimiyyətin təbliğinə yönəlib, bu telekanallar ictimai problemləri ya işıqlandırmır, ya da çox neytral yanaşır.

BÜDCƏNİN 42 MİLYON MANATI


Halbuki, AzTV-nin saxlanmasına 2009-cu ilin büdcəsindən təqribən 28 milyon manat, İctimai Televiziyanın saxlanmasına isə 14 milyon manat pul ayrılıb.

KƏRİMLİ VƏ QƏMBƏR HEÇ VAXT BÜDCƏ TELEVİZİYALARINDA QONAQ OLMAYIBLAR


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər deyirlər ki, seçkilər dövrü istisna olmaqla onları həyatlarında bir dəfə də olsun İctimai Televiziyaya və AzTV-yə dəvət etməyiblər, halbuki, dediklərinə görə, üzvlərinin sayı on minlərlədir.

Deyilənlərə İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərovun fikirlərini eşidək:

- Biz heç bir siyasi partiyaya bu və ya digər məsələlərlə əlaqədar qadağa qoymamışıq. İctimai televiziyada kiməsə qadağa məsələsi absurddur.

- İsmayıl müəllim, Emin Milli və Adnan Hacızadənin həbsi haqda bütün dünya TV-ləri xəbər yayır, «əl-Cəzirə», BBC də bu haqda məlumat verir, siz niyə vermirsiz?

- Nə məlumat verək, məhkəmə bitsin ki, verək də...

Zeynal Məmmədli: «Məsələnin həlli üçün AzTV-nin fəaliyyəti haqda qanun qəbul edilməlidir»
- Ən azı onların həbsi haqda xəbər...

- Bu, geniş mövzudur, sonra bu haqda sizə danışıram, indi xaricdəyəm.

AzTV-dən isə dedilər ki, bu gün bu suallara cavab verə bilməyəcəklər, başqa vaxtı müraciət edək.

Televiziya mütəxəssisi Zeynal Məmmədli isə təklif edir ki, məsələnin həlli üçün AzTV-nin fəaliyyəti haqda qanun qəbul edilməlidir, İctimai televiziya isə öz fəaliyyəti haqda qanuna əlavə olaraq «ictimai maraqlar» anlayışını dəqiq müəyyənləşdirən «rəhbər qaydalar» hazırlamalıdır. Zeynal Məmmədli deyir ki, dünyada əksər ictimai televiziyalarda öz öhdəliklərinə dair belə sənədlər hazırlayıb internet saytlarında yerləşdiriblər.

Şərhləri göstər

XS
SM
MD
LG