Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:56

İtaliya hərbçiləri sakitliyə görə Talibana rüşvət verib?


İtaliya hökuməti Əfqanıstanda əsgərlərinin qoruduğu bölgədəki Talibana rüşvət verməsiylə bağlı iddiaları təkzib eləyir. Baş nazir Slivio Berluskoni oktyabrın 15-dəki Tayms qəzetində yazılan iddiaların tamamilə uydurma olduğunu deyib.

Tayms iddia eləyir ki, İtaliya hərbçiləri xidmət elədikləri Əfqanıstanın Sarobi blgəsindəki Talibançılara əmin-amanlığı pozmamaları üçün on minlərlə dollar rüşvət verirmiş. Qəzetin iddiasına görə, Amerika kəfiyyat orqanları və NATO qüvvələrinın araşdırması da bunu sübut edib. Amma İtalyanlardan sonra bölgəni təhvil alan fransız əsgərləri olaydan xəbərdar olmadıqlarından 2008-ci ilin ortasında pusquya salınıb və 10 fransız əsgəri öldürülüb.
XS
SM
MD
LG