Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:00

Pakistanda silsilə hücumlarda onlarla adam həlak olub


Pakistanda yaraqlıların hücumları və partlayışlar nəticəsində onlarla adam həlak olub. Yüzlərlə yaralı var.

Az öncə Pakistan polisi Peşəvər şəhərində mıktəbin yanında çox güclü partlayışın baş verdiyini bildirib. Hadisənin detalları haqda hələ mətbuat yoxdur.

Günün birinci yarısında isə Lahor şəhərində yaraqlıların Polisin Federal İstintaq İdarəsinə hücum olub, atışmada yaraqlılar 30 nəfəri öldürüblər. EYni vaxtda iki polis təlim mərkəzinə də hücum edilib, burda 20-yə yaxın adam həlak olub. Rəsmilər bildiriblər ki, bir neçə saat sürən atışmalardan sonra vəziyyət nzəarət altına alınıb, yaraqlılar geri çəkiliblər.

Pakistanın şimal-qərbində, Kohar şəhərində isə polis məntəqəqsi yanında intiharçının maşınına yerləşdirilən bombanın partlaması nəticəsində 10 nəfər ölüb.

Pakistan ordusu ƏFqanıstanla sərhəddə Taliban yaraqlılarına qarşı yeni hücum əməliyyatı haqda məlumat yayandan bu cür hücumlar çoxalıb.
XS
SM
MD
LG