Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:05

Valyutadəyişmə məntəqəsinin işçisinə hücum edənlərin məhkəməsi başlayıb


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Sumqayıtdakı “Karvan” ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsində əməliyyatçı işləyən Cümşüd Hüseynova hücum edən Pərvin Həşimovla İlham Əsgərovun məhkəməsi başlayıb.

İbtidai istintaq yolu ilə müəyyən edilib ki, Pərvin Həşimovla İlham Əsgərov Cümşüd Hüseynovu qarət etmək üçün onu bir müddət izləyiblər. Ötən il fevralın 18-də ona yaşadığı binanın giriş qapısında hücum edərək 5 bıçaq zərbəsi vurublar. İçərisində 39364 min manat nağd pul və 16922 manat dəyərində qızıl əşyaları olan çantanı götürərək qaçıblar.

Hər iki şəxs bu il fevralın 20-də Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.

Pərvin Həşimovla İlham Əsgərov Sumqayıt şəhərində bir neçə silahlı basqın törətməkdə də təqsirləndirilirlər. Onlar məhkəmə iclasında ifadə verərək özlərini tam təqsirli biliblər və əməllərindən peşman olduqlarını söyləyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG