Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:03

«Sürix protokolu bağlı qapıları açacaq»


«Ermənistan –Türkiyə protokolları uzun illərdir iki xalqı ayıran bağlı qapıları açacaq».

Ermənistanın XİN Edvard Nalbandyan oktyabrın 14-də Bursa şəhərində iki ölkənin futbol yığmalarının görüşündən sonra belə deyib. Əlavə edib ki, «imzalanan protokollar iki ölkə arasında münasibətlərin inkişafının əsasını qoymağa imkan verəcək».

Nalbandayanın sözlərinə görə Ermənistan və Türkiyə prezidentləri arasında danışıqlar məhz bu formatda keçib.

Abdulla Gül və Serj Sarkisyan iki ölkə yığması arasında Bursa şəhərində keçirilən 2010-cu il Dünya Çempionatının seçmə matçını birgə izləyib. Oyun 2-0 türklərin qələbəsi ilə başa çatıb.

Oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan xarici işlər nazirləri diplomatik əlaqələrin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan protokolları imzalayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG