Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:48

Britaniya Əfqanıstana əlavə 500 hərbçi göndərəcək


Böyük Britaniyanın baş naziri Qordon Braun oktyabrın 15-də parlamentdə belə bəyanat verib.

Amma bildirib ki, bu qərar bir sıra şərtin yerinə yetirilməsi ilə bağlı olacaq.

Belə ki, Əfqanıstan hökuməti ordusunun daha intensiv hazırlanmasını təmin etməli, NATO-nun digər müttəfiqləri də Əfqanıstanda hərbi kontingentini artırmalı və Britaniya komandanlığı qoşunlarını Əfqanıstanda çətin şəraitdə fəaliyyət göstərməsi üçün təchiz etməlidir.

Hazırda Əfqanıstanda 9 minə yaxın hərbçisi var.

Əfqanıstanda gedən 8 illik müharibədə 220-dən çox Britaniya əsgəri ölüb.
XS
SM
MD
LG