Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:01

BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçilir


Oktyabrın 15-də BMT Təhlükəsizlik Şurasının 5 yeni üzvü seçiləcək. Üzvlük uğrunda rəqabət yoxdur, 5 yerə 5 namizəd ölkə var - Bosniya, Livan, Nigeriya, Qabon və Braziliya.

Bosniya və Livan uzun illər BMT Təhlükəsizlik Şurasının diqqətində olan ölkələr olub.

Britaniyanın BMT-dəki səfiri Con Savers ümid etdiyini bildirib ki, «bu ölkələrin şuraya üzvlüyü hökumətlərinin güclənməsinə köməklik edəcək».

Təhlükəsizlik Şurasının 15 üzvündən 10-u iki il müddətinə, digər 5 müvəqqəti üzv isə hər il Baş Assambleya tərəfindən seçilir.

Təhlükəsizlik Şurasının veto hüquqlu 5 daimi üzvü var : ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin.

Yeni üzvlər 2010-cu ilin yanvarın 1-dən fəaliyyətə başlayacaq.
XS
SM
MD
LG