Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:36

Protokollar ətrafında ehtiraslar səngimir


Bizim yol:

Protokollar Qars Müqaviləsini təhlükə altında qoyur?
Fəzail İbrahimli: «İşğalçıya təzyiq artsa, Naxçıvanın taleyi təhlükəyə düşməz»
Türkiyə və Ermənistan arasında imzalanan protokolların İrəvanın iddialarını daha da artırıb. Bu ölkənin rəsmilərinin son açıqlamalarında ritorikanı sərtləşdirmələri görünür. Gedişatın arzuolunmaz istiqamət alması İrəvanın gələcəkdə Naxçıvana olan iddialarını da gündəmə gətirə bilər. Belə fikirlər səslənir ki, 10 oktyabrda imzalanan protokollarda Qars müqaviləsinə işarənin vurulmaması bu təhlükənin gündəmə gəlməsini mümkünləşdirə bilər.

Yeni Azərbaycan:

Türkiyə ilə Ermənistan arasında məlum protokolların imzalanması məsələsi hələ də gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin proseslərə baxışı demək olar ki, eynidir. AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqud Mahmudov hesab edir ki, Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması işğalçı Ermənistanın dünyaya çıxması və mövqeyinin qüvvətlənməsi deməkdir. Onun fikrincə, bu hadisədən sonra Ermənistanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi daha da sərtləşəcək: "Hesab edirəm ki, bu sənədləri imzalamaqla Türkiyə iqtidarı Azərbaycana xəyanət edib. Eyni zamanda, Türkiyə vasitəsilə Avropa demokratiyası Ermənistana daxil olacaq. Mənim inanmaq istədiyim həqiqət budur”.

Azadlıq:

«Türkiyə parlamenti protokolları rədd etməyəcək»
«Bu gün belə bir vəziyyətin yaranması Azərbaycanın xarici siyasətində ciddi səhvlərdən xəbər verir»
Eldar Namazov: «İnandırıcı deyil ki, Ankara böyük güclərin dəstəyi ilə atılan addımdan geri çəkilsin»
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı iki ölkə arasında niyyət protokolunun imzalanması hələ də müzakirə mövzusudur. Azərbaycan ictimai fikrində Türkiyənin bu addımına müxtəlif yanaşmalar var. Bəziləri rəsmi Ankaranın Ermənistanla yaxınlaşmasını Azərbaycana zərbə hesab edir, bəzilərinin fikrincə isə bu, müsbət addımdır.
«Mən birmənalı şəkildə Türkiyə-Ermənistan yaxınlaşmasını müsbət addım kimi qiymətləndirmirəm».

Yeni Müsavat:

Futbol diplomatiyasında ikinci hissə

Dünən Ermənistanla Türkiyə arasında "futbol diplomatiyası" adı qazanmış siyasi prosesdə ikinci hissə başlayıb. Ermənistan prezidenti Serj Sərkisyan iki ölkə milli futbol komandalarının cavab oyununa baxmaq adı ilə Türkiyənin Bursa şəhərinə gedib. Lakin əvvəlcədən məlum idi ki, Sərkisyan təkcə futbol üçün getmir və onun səfəri ötən həftə qarşılıqlı münasibətlərin qurulmasma dair protokollann imzalanmasından sonra Türkiyə-Ermənistan danışıqlarının yeni mərhələsini başladır. Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan isə deyib ki, əgər Türkiyə ratifikasiyanı uzatsa, onda İrəvanın da buna cavabı olacaq. Bu cavabın nədən ibarət olacağı deyilmir, ancaq ehtimal olunur ki, Ermənistan Türkiyəni ratifikasiyanın uzanması halında protokolların altındakı imzasını geri çəkməklə hədələyə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG