Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:58

Futbol azarkeşlərinin qarşıdurması


Qarşıdurma zamanı heç kim saxlanılmayıb
Qarşıdurma zamanı heç kim saxlanılmayıb
Azərbaycan-Rusiya matçında T.Bəhrəmaov adına stadionun tribunalarında toqquşma baş verib.

Oktyabrın 14-də Azərbaycan millisi 2010-cu ilin Dünya Kubokunun seçmə yarışları çərçivəsində Rusiyanı qəbul edirdi. Bu oyuna baxmaq üçün Rusiyadan futbol fanatları da Bakıya gəlmişdilər.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) münaqişənin günahını rusiyalı azarkeşlərdə görür. Qurum qarşıdurmada bir neçə nəfərin yüngül xəsarət aldığı və oturacaqların sındırıldığını deyir.



AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu AzadlıqRadiosuna bildirib ki, stadionun oyunların təhlükəsizliyinin təmin olunması ilə bağlı onların güc strukturları ilə müqaviləsi var.

Bütün azarkeşlərin stadiona ciddi yoxlanıldıqdan sonra buraxıldığı halda, rusiyalı azarkeşlərin üzərində tüstü şaşkalarının, fişənglərin olması AFFA üçün qaranlıqdır:

«Stadionun təhlükəsizliyi üçün cavabdeh olan qurumlar var».

DİN –nin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə azarkeşlər arasında qarşıdurma zamanı heç kimin saxlanılmadığını bildirir. DİN-yi hadisə ilə bağlı ətraflı məlumat verməyib.

Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Rusiya milliləri qarşılaşıb, birinci qoldan rus azarkeşləri tüstü şaşkaları, fişənglər atıblar.

Azərbaycan və Rusiya yığmaları arasında oyun 1-1 hesabı ilə başa çatıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG