Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:34

Pakistanda bu səhər atışma olub


Pakistanın Lahor şəhərində bu səhər federal binanın içində atışma olub. Hadisə immiqrasiya və terroru araşdıran Federal Araşdırma Agentliyinin binasında baş verib. Azı 7 nəfərin öldüyü bildirilir. Ölənlərin 4-ü polis, biri isə hücum edən şəxslərdən biridir.


Pakistanın şimal-qərbində isə intiharçı hücumu zamanı 10 nəfər ölüb. Hücum Kohat şəhərində polis məntəqəsinin yaxınlığında edilib. Ölənlər arasında dinc sakinlərin də olduğu bildirilir.

Bu arada ABŞ–ın Şimali Vəziristan regionuna ehtimal olunan raket zərbəsi endirməsi nəticəsində azı 4 nəfər ölüb. Bu region Əfqanıstanla həmsərhəddir və bu ərazidə taliban yaraqlıların istehkamı yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG