Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:37

Azərbaycan gələn ildən Rusiyaya qaz satacaq


Bu gün Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə Rusiyanın «Qazprom» şirkəti arasında Azərbaycandan qaz alınmasıyla bağlı müqavilə imzalanıb.

Sənədi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Miller imzalayıb.

Artıq 2010-cu il yanvarın 1-dən qazın verilməsinə başlanacaq.

Gələn il Rusiyaya azı 500 milyon kubmetr qaz satışı nəzərdə tutulub.
XS
SM
MD
LG