Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:42

Britaniya Əfqanıstana şərtlə qüvvə göndərəcək


Böyük Britaniya Əfqanıstana əlavə 500 qüvvə göndərəcək, amma müəyyən şərtlərlə.

Bunu baş nazir Qordon Braun Britaniya parlamentində çıxış edərkən deyib.

Braun qeyd edib ki, koalisiyadakı digər müttəfiqlər də öz əsgərlərinin sayını artırmalı və Əfqanıstana göndəriləcək Britaniya qüvvələri lazımi texnika ilə təmin olunmalıdır.

Hazırda Əfqanıstanda 9 min Britaniya əsgəri var.

Böyük Britaniya təkcə son 3 il ərzində Əfqanıstanda 37 əsgər itirib.
XS
SM
MD
LG