Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:22

Nazirdən səlahiyyət həddini aşmış polislərin cəzalandırılması istənilir


Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı Daxili İşlər naziri Ramil Usubova məktubla müraciət edib.

Məktubda deyilir ki, oktyabrın 13-də muxalifətyönümlü gənclər təşkilatları və müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbə-gənclər Bakı Metropolitenində qiymətlərin qaldırılmasına görə birgə etiraz aksiyası keçiriblər:

«Aksiya zamanı asayiş keşikçilərinə müqavimət göstərməməyimizə baxmayaraq, polisin müdaxiləsinə və mülkü geyimli şəxslərin hücumuna məruz qalmışıq. Bu xoşagəlməz olay həm aksiya zamanı, həm də aparıldığımız Yasamal rayonu 27-ci polis bölməsində davam edib. Bölmədə əsasən bölmə rəisi Akif Nəbiyev və mülki geyimli şəxslər tərəfindən təhqirlərə və zorakılığa məruz qalmışıq, baş və bədən nahiyəmizdən müxtəlif dərəcəli ağır zərbələr almışıq».
Məktubda bildirilir ki, Ombudsman Aparatından gələn mütəxəssislər də gənclərin üzərindəki zədələri qeydə alıblar.

Məktubda nazirdən xahiş olunur ki, məsələ araşdırılsın, səlahiyyət həddini aşmış polislərin və onlara rəhbərlik edən şəxslərin qanun çərçivəsində cəzalandırılması təmin olunsun.

Günün bütün mövzuları

XS
SM
MD
LG