Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:01

Hillari Klinton Moskvada tələbələrlə görüşüb


ABŞ Dövlət Katibi Hillari Klintonun Rusiyaya səfəri davam edir.

O bu gün Moskva Dövlət Universitetinin tələbələri ilə görüşdə deyib ki, ölkənin uğuru, onun əsas azadlıqları inkişaf etdirməyə hazır olmasından aslıdır.

Hillari Klinton qeyd edib ki, Rusiya nə qədər açıq olsa, bir o qədər də çox iş görəcək.

Hillari Klinton günün sonunda Tatarıstanın paytaxtı Kazana getməlidir.

O, yerli camaatla görüşəcək, onları maraqlandıran suallara cavab verəcək.

Hillari Klinton dünən xarici işlər naziri Sergey Lavrov və prezident Dimitri Medvedevlə görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG