Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:53

Haraşti jurnalistlərə qarşı hökmləri pisləyib


M.Haraşti bildirib ki, son illər Azərbaycanda mətbuat işçilərinin hüquqi təqib olunması güclənib

M.Haraşti bildirib ki, son illər Azərbaycanda mətbuat işçilərinin hüquqi təqib olunması güclənib

ATƏT rəsmisi son günlər diffamasiya ilə əlaqədar 5 jurnalistə qarşı məhkəmə hökmünün çıxarılmasını pisləyib. Bu hadisələrdən 2-si jurnalistlərin həbs olunması ilə nəticələnib.

Bu barədə ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin bəyanatında deyilir.

Haraşti Xarici İşlər naziri Elmar Məmmədyarova mətbuat azadlığı ilə bağlı durumdan narahatlığını ifadə edən məktub da yazıb.

M.Haraşti bildirib ki, son illər Azərbaycanda mətbuat işçilərinin hüquqi təqib olunması güclənib. O, əlavə edib ki, ATƏT regionunda həbsdə olan jurnalistlərin sayına görə Azərbaycan liderdir.

Oktyabrın 8-də Nota» qəzetinin redaktoru Fərəməz Allahverdiyev və nəşrin əməkdaşı Sərdar Əlibəyli böhtan və təhqir ittihamı ilə üç aylığına həbs ediliblər. Eyni ittihamla qəzetin digər əməkdaşı Ramiz Tağıyev də 6 aylıq islah işlərinə məhkum edilib.

Başqa bir iddia ilə isə «Fanat.az» internet saytının köşə yazarı Natiq Muxtarlı və layihə rəhbəri Zahir Əzəmət «Xəzər Lənkəran» futbol klubunun prezidenti Mais Mənsimovun ictimai nüfuzuna xələl yetirməkdə günahkar bilinib, islah-əmək işlərinə cəlb olunub və cərimələniblər.

Haraşti bir daha Azərbaycan hökumətini qanunvericilikdə islahatlar aparmağa, böhtan və təhqirə dair maddələri Cinayət Məcəlləsindən çıxarmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG