Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:11

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir


Oktyabrın 14-də Pekində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir. Altı dövlətin üzv olduğu təşkilat 2001-ci ildə yaradılıb, ölkələr arasında təhlükəsizliyin genişləndirilməsi və iqtisadi əməkdaşlığı nəzərdə tutur.

Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri - Rusiya, Çin, Özbəkistan, Qırğızıstan, Tacikistan, Qazaxıstandır. İran, Hindistan, Pakistan və Monqolustanın müşahidəçi statusları var.

«Associated Press» agentliyi bildirib ki, Rusiya baş naziri Vladimir Putin sammitdə qonaq qismində iştirak edən Əfqanıstan, Pakistan və İran rəsmiləri ilə məsləhətləşmələr aparacaq. Putinin İranın birinci vitse-prezidenti Məhəmməd Reza Rəhimi ilə görüşəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG