Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 06:56

Serj Sarkisyan Türkiyəyə gedir


Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 14-də Türkiyə-Ermənistan yığmalarının oyununu izləmək üçün Türkiyəyə gedir. Bursa şəhərində keçiriləcək oyunu – hər iki ölkə prezidentinin birgə izləyəcəyi gözlənilir.

Bundan öncə Ermənistan prezidenti demişdi ki, Türkiyəyə o halda gedəcək ki, sərhədlər ya açılsın, ya da bu istiqamətdə hər hansı addım atılsın.

Oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan xarici işlər nazirləri diplomatik əlaqələrin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan protokolları imzalayıblar.

Bu günkü oyuna gəlincə, nə Türkiyə, nə də Ermənistan yığmalarının 2010-cu il Dünya Kubokunun seçmə mərhələsindən keçmək şansının olmadığı bildirilir. Oyun iki ölkə arasında «futbol diplomatiyası»nın davamı kimi qiymətləndirilir. Ötən il Türkiyə prezidenti də iki ölkə millisinin oyununu izləmək üçün Yerevana getmişdi.

Bu arada isə bu gün Bakıda Azərbaycan və Rusiya yığmaları qarşılaşacaq. Oyun axşam saat 9-da Tofiq Bəhrəmov adına respublika stadionunda keçiriləcək.
XS
SM
MD
LG